Praqada Çexiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilib

Praqada Çexiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilib İclasının yekununda Çexiya və Azərbaycan arasında protokol sənədi imzalanıb
Maliyyə
11 Sentyabr , 2015 10:36
Praqada Çexiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Praqada Çexiya-Azərbaycan iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının III iclası keçirilib.

"Report"un Azərbaycanın Çexiyadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat və sənaye nazirinin müavini, Komissiyanin həmsədri Sahil Babayev, Çexiya nümayəndə heyətinə isə sənaye və ticarət nazirinin müavini, Komissiyanin həmsədri Vladimir Bartl rəhbərlik edib.

Toplantıda Çexiya və Azərbaycan arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib və bu əlaqələrin davamlı inkişafının vacibliyinin hər iki tərəfin ümumi marağında olduğu bildirilib. Komissiyanın həmsədrləri, həmçinin müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. Ölkələr arasında yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin ikitərəfli əlaqələrin inkişafında vacib rol oynadığı qeyd olunub.

İclasın yekununda imzalanan müvafiq protokolda ölkələr arasında ticarət, investisiyalar, enerji, kənd təsərrüfatı, nəqliyyat, təhsil, İKT və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları əksini tapıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dair Çexiyanın tam dəstəyi bir daha bəyan edilib.

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini S.Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Çexiyanın sənaye və ticarət naziri Yan Mladek tərəfindən qəbul edilib. Keçirilən görüş zamanı iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf perspektivləri, habelə Avropa İttifaqı və Cənubi Qafqaz regionları arasında münasibətlərin müxtəlif aspektləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi