“Plato Capital and Co. İnvestisiya Şirkəti” nizamnamə kapitalını artırıb

“Plato Capital and Co. İnvestisiya Şirkəti” nizamnamə kapitalını artırıb Maliyyə qurumunun nizamnamə kapitalı 20% və yaxud 136 min manat artırılaraq 680 min manatdan 816 min manata çatdırılıb
Maliyyə
30 Mart , 2021 10:35
“Plato Capital and Co. İnvestisiya Şirkəti” nizamnamə kapitalını artırıb

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını 20% və yaxud 136 min manat artıraraq 680 min manatdan 816 min manata çatdırıb.

“Report” xəbər verir ki, kapital artımı üçün maliyyə qurumunun dövriyyədə olan 680 min ədəd səhminin nominal dəyəri 1 manatdan 1,2 manata çatdırılıb.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi