​​​​​​​“Plato Capital and Co. İnvestisiya Şirkəti"nin xalis zərəri 6% artıb

​​​​​​​“Plato Capital and Co. İnvestisiya Şirkəti"nin xalis zərəri 6% artıb Maliyyə qurumu 2020-ci ili 100 min manat xalis zərərlə başa vurub
Maliyyə
115
16 May , 2021 17:55
​​​​​​​“Plato Capital and Co. İnvestisiya Şirkətinin xalis zərəri 6% artıb

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC 2020-ci ili 100 min manat xalis zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 6,4% çoxdur.

Ötən il “Plato Capital and Co.”nun vergiyəqədərki zərəri 99 min manat (7,6% çox), mənfəət vergisi ödəmələri isə 1 min manat (təxminən 2 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Plato Capital and Co.”nun aktivləri 275 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 24% azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 8,4% artaraq 168 min manata çatıb, balans kapitalı 48,1% azalaraq 108 min manata düşüb.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 680 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi