“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin xalis zərəri 10% azalıb

“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin xalis zərəri 10% azalıb “Plato Capital and Co. İnvestisiya Şirkəti” QSC 2019-cu ili 94 min manat xalis zərərlə başa vurub.
Maliyyə
5 Sentyabr , 2020 16:40
“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin xalis zərəri 10% azalıb

“Plato Capital and Co. İnvestisiya Şirkəti” QSC 2019-cu ili 94 min manat xalis zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 10,4% azdır.

Ötən il “Plato Capital and Co.”nun vergiyəqədərki zərəri 92 min manat (əvvəlki ilə nisbətən 11,6% az), mənfəət vergisi xərci isə 2 min manat (2,3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Plato Capital and Co.”nun aktivləri 362 min manat olub ki, bu da illik müqayisədə 3,2 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 37,1% artaraq 155 min manata, balans kapitalı isə 110,4 dəfə artaraq 208 min manata, o cümlədən nizamnamə kapitalı 78,9% artaraq 680 min manata çatıb.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə isə "Plato Menecment"ə dəyişib. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi