“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin direktoru Mansur Məmmədov vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, bununla bağlı qərar maliyyə qurumunun səhmdarlarının mayın 2-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.
Qərara əsasən, "Plato Capital and Co."ya rəhbərlik Tamerlan Bayramlıya həvalə olunub. O, vaxtilə "BTB Kapital İnvestisiya Şirkəti" ASC-də çalışıb.
Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur.