“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin “Bakı Fond Birjası” QSC-dəki (BFB) üzvlüyü 1 il müddətinə dondurulub.
“Report” xəbər verir ki, bu barədə Birjanın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, müvafiq qərarı investisiya şirkətinin müraciəti əsasında BFB-nin Üzvlük Komissiyası qəbul edib.