Plastik kartlarla əməliyyatların həcmi 22% artıb

Plastik kartlarla əməliyyatların həcmi 22% artıb Bakı. 5 yanvar. REPORT.AZ/ 2018-ci ilin oktyabr ayı ilə müqayisədə noyabr ayında Azərbaycan banklarının dövriyyədə olan aktiv plastik kartlarının sayı 52 min ədəd və ya 0,81% artaraq 6 mln. 476 min ədəd olub.
Maliyyə
5 Yanvar , 2019 18:00
Plastik kartlarla əməliyyatların həcmi 22% artıb

Bakı. 5 yanvar. REPORT.AZ/ 2018-ci ilin oktyabr ayı ilə müqayisədə noyabr ayında Azərbaycan banklarının dövriyyədə olan aktiv plastik kartlarının sayı 52 min ədəd və ya 0,81% artaraq 6 mln. 476 min ədəd olub.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, son bir ildə ölkədə bankların dövriyyədə olan aktiv plastik kartlarının sayı 704 min ədəd və ya 12,2% artıb.

Hesabat dövründə sosial kartların sayı 2 mln. 532 min, əmək haqqı kartları 2 mln. 41 min, digər kartlar 1 mln. 69 min və kredit kartlarının sayı 835 min ədəd olub.

Ötən ilin dekabrın 1-nə olan məlumata görə, debet və kredit kart sahibləri ümumi dəyəri 1,561 mlrd. manat olan 10,512 mln. əməliyyat həyata keçiriblər. Bu, 2017-ci ilin müvafiq göstəricisi ilə müqayisədə ümumi məbləğ baxımından 289 mln. manat və ya 22,72%, əməliyyatların sayı baxımından isə 2 mln. 39 min ədəd və ya 24,06% çoxdur.

Ötən ilin dekabrın 1-nə kredit kartları ilə 139 mln. manat həcmində 1 mln. 209 min əməliyyat həyata keçirilib. 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr aylarında bu göstəricilər müvafiq olaraq 1,46% və 36,9% artıb.

Son xəbərlər

Orphus sistemi