"PetroChina" dünyanın ən böyük itkisi ilə üzləşib

"PetroChina" dünyanın ən böyük itkisi ilə üzləşib Bakı. 6 noyabr. REPORT.AZ/ Çinin ən böyük neft və qaz hasilatçısı olan PetroChina şirkəti tarixində ən böyük çətinliklə üzləşib. 
Maliyyə
6 noyabr 2017 06:47
PetroChina dünyanın ən böyük itkisi ilə üzləşib

Bakı. 6 noyabr. REPORT.AZ/ Çinin ən böyük neft və qaz hasilatçısı olan "PetroChina" şirkəti tarixində ən böyük çətinliklə üzləşib. 

"Report" "USA Today" qəzetinə istinadən xəbər verir ki, şirkətin kapitallaşması son 10 ildə 5 dəfə azalaraq 1 trln. dollardan 200 mlrd. dollara düşüb.

2007-ci ildə özəlləşdirilərək səhmləri fond birjasına çıxarılan "PetroChina"nın bazar dəyəri 1 trln. dollara yüksələrək dünyada ilk dəfə bu qiymətə çatan şirkət olub. Son 10 ildə isə şirkətin səhmlərinin qiyməti 82% azalıb və səhm sahibləri 800 mlrd. dollar itiriblər.

Qeyd edək ki, "PetroChina" özəlləşdiriləndə neftin qiyməti 68 dollar/barel təşkil edib. Hazırda isə neft 62 dollar/barelə satılır. "PetroChina"da yaşanan çöküş şirkət olaraq dünyanın ən böyük itkisi kimi qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi