Pərviz Şahbazov: "Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi xeyli artıb"

Pərviz Şahbazov: "Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi xeyli artıb" Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi cari ilin 9 ayı ərzində 65,6 faiz artıb.
Maliyyə
13 Dekabr , 2018 20:25
Pərviz Şahbazov: Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi xeyli artıb
Report

Bakı. 13 dekabr. REPORT.AZ/ "Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi cari ilin 9 ayı ərzində 65,6 faiz artıb".

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstan Respublikasının müstəqilliyinin 27-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda bildirib. 

O, bu faktı iki qardaş ölkə arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinə dəlalət kimi dəyərləndirib.

“Ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə qədəm qoyub. Beynəlxalq hüquq normalarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət münasibətlərimizin bünövrəsini təşkil edir”, - deyə nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi