​"PAŞA Bank" Türkiyədə bank alır

​"PAŞA Bank" Türkiyədə bank alır Azərbaycan bankı "TAİB Bank"ı alaraq adını "PAŞA Bank Türkiyə"yə dəyişəcək
Maliyyə
28 Oktyabr , 2014 13:16
​PAŞA Bank Türkiyədə bank alır
Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanın "PAŞA Bank" ASC Türkiyənin "TAİB Bank"ını almaq üçün Türkiyə Rəqabət Qurumuna müraciət edib. "Report"un məlumatına görə, bu barədə Türkiyə mediası xəbər yayıb.

"PAŞA Bank"ın rəsmisi Taleh Kazımov mediaya verdiyi açıqlamada "TAİB Bank"ı alınaraq adının "PAŞA Bank Türkiyə" kimi dəyişiləcəyini bildirib.

Ötən ilin iyun ayında "Aksoy Holding"in Dubay şeyxi əl-Maktumdan satın aldığı "TAİB Bank"ın sərməyəsi 35,8 mln. dollara yüksəlib. Bu ilin mart ayına olan məlumata görə, Bankın balansında 54 mln. dollar aktivi və 21,7 mln. dollar kapitalı olub. Bank bu ilin ilk 3 ayını 115,6 min dollar zərərlə başa vurub. Qeyd edək ki, "Aksoy Holding"ın nəzdində "Tuncas Petrol"da fəaliyyət göstərir.

Qeyd edək ki, "PAŞA Bank"ın məcmu aktivləri isə 1 mlrd. dollardan artıqdır.

Son xəbərlər

Orphus sistemi