Bu ilin yanvar-iyul aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 25,1% azalaraq 2 217 milyon manat olub.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.
Məlumata görə, 7 ay ərzində hüquqi şəxslər əhaliyə 1 424,6 mln manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 64,3%-ni təşkil edib.