“S&P”: “Pasha Holding” xaricdəki törəmə banklarını tərkibindən çıxara bilər

“S&P”: “Pasha Holding” xaricdəki törəmə banklarını tərkibindən çıxara bilər “Pasha Holding” kapital dəyərinə məzənnə dəyişikliklərinin təsirindən yaxa qurtarmaq üçün Gürcüstanda və Türkiyədə əməliyyatlar aparan törəmə banklarını tərkibindən çıxara bilər.
Maliyyə
218
10 Fevral , 2020 15:01
“S&P”: “Pasha Holding” xaricdəki törəmə banklarını tərkibindən çıxara bilər

“Pasha Holding” kapital dəyərinə məzənnə dəyişikliklərinin təsirindən yaxa qurtarmaq üçün Gürcüstanda və Türkiyədə əməliyyatlar aparan törəmə banklarını tərkibindən çıxara bilər.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” agentliyinin dəyərləndirməsində bildirilir. 

Agentliyin rəyinə görə, “Pasha Bank”ın risqə görə dəqiqləşdirilən (risc-adjusted capital – RAC) kapital əmsalı ilə ölçülən məcmu (Gürcüstan və Türkiyədəki törəmə banklarını da əhatə etməklə) kapital dəyəri qarşıdakı iki il ərzində dəyişkən olacaq: “Bunu şərtləndirən biznesin yüksək (15-20 faiz) artım sürəti, səhmdar tərəfindən 1-ci dərəcəli kapital dəstəyinin göstərilməməsi, ehtiyat yaratmağa böyük ehtiyac müqabilində daha az mənfəət göstəriciləridir. Bankın məcmu RAC göstəricisi 2018-ci ildəki 6,6 faizə qarşı 2019-cu ilin sonunda 5,5 faizədək enməklə yaxın 12-18 ay ərzində 4,7- 4,9 faizədək geriləyəcəyini güman edirik”.

Ötən il ərzində “Pasha Bank”ın holdinq tərəfindən kapital dəstəyi görmədiyi, yaxın iki il ərzində də 1-ci dərəcəli kapital köçürmələrinin gözlənilmədiyi qeyd olunan agentliyin sənədində, eyni zamanda 2021-ci ildən başlayacaq yeni strateji dövr ərzində bankın səhmdar tərəfindən kapital dəstəyi alması ehtimalının olduğu da göstərilir.

Son xəbərlər

Orphus sistemi