"Pasha Bank" yeni filiallar açmağı planlaşdırır

"Pasha Bank" yeni filiallar açmağı planlaşdırır Bakı. 23 noyabr. REPORT.AZ/ Pasha Bank ASC 2018-ci ildə 3 yeni filial açmağı planlaşdırır. 
Maliyyə
23 Noyabr , 2017 12:33
Pasha Bank yeni filiallar açmağı planlaşdırır

Bakı. 23 noyabr. REPORT.AZ/ "Pasha Bank" ASC 2018-ci ildə 3 yeni filial açmağı planlaşdırır. 

"Report" xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

T.Kazımovun sözlərinə görə, filiallardan ikisi Bakıda, biri isı regionda fəaliyyət göstərəcək: "Düşünürəm ki, Bakı şəhərindəki növbəti filialı gələn ilin ilk aylarında istifadəyə verəcəyik. Növbəti aylarda isə Bakı şəhərində daha bir filial və regionlarda da bir filialın açılması planlaşdırılır".

Bank rəsmisi deyib ki, region kimi Quba-Qusar bölgəsi təhlil edilir: "Biz Quba-Qusar regionunda müştərilərin aktivliyini nəzərə alıb, bu regionu nəzərdən keçiririk. Son 3 ayda Sumqayıtda da aktivlik müşahidə olunur və bu da bizim nəzərimizdədir".

Son xəbərlər

Orphus sistemi