"PAŞA Sığorta" yığımlarını 63% artırıb

"PAŞA Sığorta" yığımlarını 63% artırıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
19 Avqust , 2016 14:39
PAŞA Sığorta yığımlarını 63% artırıb

Bakı. 19 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "PAŞA Sığorta" ASC-nin yığımları 70 902 332 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,8% çoxdur.

Hesabat dövründə "PAŞA Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 7 ay ərzində 24 202 817 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 46,7% çoxdur.

Cari ilin yanvar-iyul aylarında "PAŞA Sığorta" topladığı hər 100 manat sığorta haqqının 34,14 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyulunda 37,88% olub.

Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% "PAŞA Holdinq"ə məxsusdur.

Son xəbərlər

Orphus sistemi