“PAŞA Sığorta”nın xalis mənfəəti 33% azalıb

“PAŞA Sığorta”nın xalis mənfəəti 33% azalıb Bakı. 29 mart. REPORT.AZ/ “PAŞA Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 153,036 mln. manat təşkil edib.
Maliyyə
29 Mart , 2018 08:58
“PAŞA Sığorta”nın xalis mənfəəti 33% azalıb

Bakı. 29 mart. REPORT.AZ/ “PAŞA Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 153,036 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 15,4% çoxdur.

2017-ci ildə “PAŞA Sığorta”nın cəmi öhdəlikləri 43,4% artaraq 86,883 mln. manata, cəmi kapitalı 8,2% azalaraq 66,153 mln. manata düşüb.

Ötən il “PAŞA Sığorta”nın gəlirləri 111,697 mln. manat (əvvəlki ilə nisbətən 6,7% çox), xərcləri isə 95,203 mln. manat (17,6% çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 16,494 mln. manat olub ki, bu da illik müqayisədə 30,3% azdır.

2017-ci ildə “PAŞA Sığorta” 2016-cı illə müqayisədə 20,4% az – 3,4 mln. manat mənfəət vergisi ödəyib və ili 13,094 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 32,5% azdır. 

Orphus sistemi