“PAŞA Kapital” investisiya şirkətinin xalis mənfəəti 21% artıb

“PAŞA Kapital” investisiya şirkətinin xalis mənfəəti 21% artıb Bakı. 13 iyun. REPORT.AZ/ “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 1,193 mln. manat təşkil edib.
Maliyyə
13 İyun , 2018 17:43
“PAŞA Kapital” investisiya şirkətinin xalis mənfəəti 21% artıb

Bakı. 13 iyun. REPORT.AZ/ “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 1,193 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 46,4% çoxdur.

2017-ci ildə “PAŞA Kapital”ın cəmi öhdəlikləri 60,6% artaraq 172 min manata, cəmi kapitalı isə 44,3% artaraq 1,021 mln. manata çatıb.

Ötən il investisiya şirkətinin əsas gəlirləri 545 min manat (əvvəlki ilə nisbətən 53% çox), əsas xərcləri 98 min manat (2,7% az), digər xərcləri 54 min manat (əvvəlki ilə gəlir olub) təşkil edib. Son nəticədə maliyyə qurumunun vergiyəqədərki mənfəəti 393 min manat olub ki, bu da illik müqayisədə 20,2% çoxdur.

2017-ci ildə “PAŞA Kapital” 2016-cı ilə nisbətən 17,7% çox – 80 min manat mənfəət vergisi ödəyib və ili 313 min manat xalis zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 20,8% çoxdur. 

Son xəbərlər

Orphus sistemi