“PAŞA Holdinq”in yeni inkişaf strategiyası hazırlanıb

“PAŞA Holdinq”in yeni inkişaf strategiyası hazırlanıb Sənədin əhəmiyyətli hissəsi "PAŞA Kapital" investisiya şirkətinin qlobal kapital bazarında aktiv oyunçuya çevrilməsi planları ilə bağlıdır
Maliyyə
17 Oktyabr , 2017 11:43
“PAŞA Holdinq”in yeni inkişaf strategiyası hazırlanıb
Report

Bakı. 17 oktyabr. REPORT.AZ/ “PAŞA Holdinq” MMC-nin 2018-2020-ci illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının dövriyyəyə buraxılmasının ildönümü ilə bağlı keçirilən “Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” adlı tədbirdə Holdinqin İdarə Heyəti sədrinin I müavini Cəlal Qasımov deyib.

Onun sözlərinə görə, strategiyanın əhəmiyyətli hissəsi “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin gələcək planları, şirkətin Azərbaycanın və qlobal kapital bazarında aktiv oyunçuya çevrilməsi planları ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi