"Paşa Həyat" sığorta şirkətinin daxilolmaları 37% artıb

"Paşa Həyat" sığorta şirkətinin daxilolmaları 37% artıb Ödənişlərdə isə illik 3 dəfədən çox artım olub
Maliyyə
27 Noyabr , 2015 13:47
Paşa Həyat sığorta şirkətinin daxilolmaları 37% artıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr aylarında “Paşa Həyat" sığorta şirkətinin topladığı sığorta haqlarının həcmi 47,992 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 36,6% çoxdur.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu ilin 10 ayında topladığı sığorta haqlarının həcminə görə “Paşa Həyat” 49% payla Azərbaycanın həyat sığortası bazarının lideridir.

Bununla yanaşı, hesabat dövründə ümumi sığorta ödənişlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3,3 dəfə artaraq 8,169 mln. manata çatıb.

Baş vermiş sığorta hadisələri nəticəsində icbari sığorta növləri üzrə 975 min manat, könüllü həyat sığortası növləri üzrə isə 7,194 mln. manat həcmində ödənişlər olub. Ümumi sığorta ödənişlərində icbarı sığorta növləri üzrə verilən sığorta ödənişlərinin xüsusi çəkisi 11,9%, könüllü sığorta növlərinə aid ödənişlərin həcmi isə 88,1% təşkil edib.

“Paşa Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin noyabrın 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi