“PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 63% artıb

“PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 63% artıb “PAŞA Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 346,807 mln. manat təşkil edib.
Maliyyə
29 Mart , 2019 08:55
“PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 63% artıb

“PAŞA Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 346,807 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 66,8% çoxdur.

2018-ci ildə “PAŞA Həyat Sığorta”nın cəmi öhdəlikləri 89,6% artaraq 285,203 mln. manata, cəmi kapitalı isə 7,2% artaraq 61,604 mln. manata çatıb.

Ötən il “PAŞA Həyat Sığorta”nın gəlirləri 151,09 mln. manat (əvvəlki ilə nisbətən 21,7% çox), xərcləri 124,322 mln. manat (15,95% çox), mənfəət vergisi ödəmələri isə 5,508 mln. manat (42,7% çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 21,26 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2017-ci illə müqayisədə 62,65% çoxdur.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi