“PAŞA Həyat Sığorta”nın ödənişləri 3 dəfəyə yaxın artıb

“PAŞA Həyat Sığorta”nın ödənişləri 3 dəfəyə yaxın artıb Hesabat dövründə şirkətin yığımları isə 42% artıb
Maliyyə
16 Yanvar , 2017 17:27
“PAŞA Həyat Sığorta”nın ödənişləri 3 dəfəyə yaxın artıb

Bakı. 16 yanvar. REPORT.AZ/ “PAŞA Həyat Sığorta” ASC-nin yığımları 2016-cı ildə 77 678 739 manat təşkil edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu, 2015-ci ilə nisbətən 42,46% çoxdur.

Hesabat dövründə “PAŞA Həyat Sığorta”nın ödənişləri daha çox artıb. Belə ki, şirkət iı ərzində 45 907 276 manat ödəniş edib. Bu isə əvvəlki ilə nisbətən 2,81 dəfə çoxdur.

“PAŞA Həyat Sığorta” 2016-cı ildə topladığı hər 100 manat sığorta haqqının 59,1 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 29,99% olub.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 750 manat olan 7 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi