​"PAŞA Həyat" bədbəxt hadisə ilə bağlı 36 min manat sığorta ödənişi verib

​"PAŞA Həyat" bədbəxt hadisə ilə bağlı 36 min manat sığorta ödənişi verib Ödəniş elektrik enerjisi sahəsində çalışan işçinin işdə bədbəxt hadisə nəticəsində həyatını itirməsi ilə bağlı olub
Maliyyə
23 Yanvar , 2015 15:38
​PAŞA Həyat bədbəxt hadisə ilə bağlı 36 min manat sığorta ödənişi verib

Bakı. 23 yanvar. REPORT.AZ/ "PAŞA Həyat Sığorta" şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 36 min manata yaxın sığorta ödənişi həyata keçirib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, ödəniş elektrik enerjisi sahəsində fəaliyyət göstərən şirkətlərin birində çalışan işçinin iş zamanı bədbəxt hadisə nəticəsində həyatını itirməsi ilə bağlı olub.

Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası" tətbiq edilməklə vəfat etmiş şəxsin ailəsinə 35,6 min manat həcmində sığorta ödənişi verilib.

Qeyd edək ki, "PAŞA Holding" Şirkətlər Qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi