"PAŞA Bank" yeni inkişaf strategiyası hazırlayır

"PAŞA Bank" yeni inkişaf strategiyası hazırlayır PAŞA Bank ASC-nin Gürcüstandakı törəməsi yeni adla pərakəndə bankçılıq xidmətləri təklif etməyə başlayıb.
Maliyyə
5 May , 2020 12:48
PAŞA Bank yeni inkişaf strategiyası hazırlayır
PAŞA Bank / Report

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi yeni adla pərakəndə bankçılıq xidmətləri təklif etməyə başlayıb. 

“Report” xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. 

Onun sözlərinə görə, söhbət "Red Bank" layihəsindən gedir. 

Bundan başqa, sədr deyib ki, "PAŞA Bank" 2021-2023-cü illər üçün yeni inkişaf strategiyası hazırlayır. 

Bankın İdarə Heyətinin sədri təmsil etdiyi bankın rəqəmsallaşmasının ixtisarlara səbəb olmayacağını qeyd edib: "Rəqəmsallaşma işçilərimizin sayının artmasına təsir edə bilər, amma azalmasına yox. Hazırda əməkdşalarımızın ixtisaslarının dəyişdirlməsi istiqamətində addımlar atırıq".

Son xəbərlər

Orphus sistemi