"PAŞA Bank" işçilərinə ödədiyi əməkhaqqının məbləğini açıqlayıb

"PAŞA Bank" işçilərinə ödədiyi əməkhaqqının məbləğini açıqlayıb PAŞA Bank ASC 2018-ci ildə işçilərinə 39 milyon manat əməkhaqqı ödəyib.
Maliyyə
21 May , 2019 17:30
PAŞA Bank işçilərinə ödədiyi əməkhaqqının məbləğini açıqlayıb

"PAŞA Bank" ASC 2018-ci ildə işçilərinə 39 milyon manat əməkhaqqı ödəyib. 

"Report" xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Taleh Kazımov ötən ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, 2018-ci ilin yekununda "PAŞA Bank"ın 748 işçisi olub: "2019-cu ilin yekununda bu rəqəmin 900-ə çatdırılması nəzərdə tutulub. Hazırda əməkdaşlarımızın 60%-i kişilər, 40%-i isə qadınlardır".

Qeyd edək ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln manatdır. Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Orphus sistemi