“PAŞA Bank” ASC-nin səhmlərinin 28,2 %-nə nəzarət edən “Ador” MMC payını satıb.
“Report” xəbər verir ki, onun payını “Bless” MMC alıb.
Bankın səhmlərinin qalan hissəsi əvvəlki qaydada “PAŞA Holdinq” MMC-yə (56,8 %), Arif Paşayevə (10 %), “Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri, 5 %) məxsusdur.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır.