"Paşa Bank"ın öhdəlikləri 15% artıb

"Paşa Bank"ın öhdəlikləri 15% artıb Bakı. 22 yanvar. REPORT.AZ/ “Paşa Bank” ASC-nin aktivləri illik müqayisədə 13,2% artaraq 2018-ci il yanvarın 1-nə 3 551,787 mln. manat təşkil edib.
Maliyyə
22 Yanvar , 2018 14:37
Paşa Bankın öhdəlikləri 15% artıb

Bakı. 22 yanvar. REPORT.AZ/ “Paşa Bank” ASC-nin aktivləri illik müqayisədə 13,2% artaraq 2018-ci il yanvarın 1-nə 3 551,787 mln. manat təşkil edib.

“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Müştərilərə verilən kreditlərin həcmi ötən ilin əvvəli ilə müqayisədə 8,4% artaraq 2018-ci il yanvarın 1-nə 943,099 mln. manat olub. Cari il yanvarın 1-nə kreditlərin 152,528 mln. manatının və ya 15,2%-nin ödəmə vaxtı keçib. 

Bankın cəmi öhdəlikləri illik müqayisədə 15,1% artaraq cari ilin əvvəlinə 3 149,076 mln. manat təşkil edib. Bunun da 228,968 mln. manatını banklar və dövlət fondları qarşısında öhdəliklər, 2 821,982 mln. manatını müştərilər qarşısında öhdəliklər, 39,105 mln. manatını kredit təşkilatları qarşısında öhdəliklər əhatə edib.

2018-ci il yanvarın 1-nə bankın səhmdar kapitalı 333,0 mln. manat, cəmi kapitalı 402,711 mln. manat təşkil edib.

"Paşa Bank" ötən il 58,994 mln. manat xalis mənfəət əldə edib. Mənfəət vergisi xərcindən əvvəl Bankın mənfəəti 73,798 mln. manat olub. Bankın xalis mənfəətində 2016-ci illlə müqayisədə 3,4% azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi