"PAŞA Bank"ın aktivləri 37% artıb

"PAŞA Bank"ın aktivləri 37% artıb Bakı. 21 yanvar. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin cəmi aktivləri bu il, yanvarın 1-nə 3 138,773 mln. manat təşkil edib. “Report” Bankın maliyyə hesab...
Maliyyə
21 Yanvar , 2017 16:23
PAŞA Bankın aktivləri 37% artıb

Bakı. 21 yanvar. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin cəmi aktivləri bu il, yanvarın 1-nə 3 138,773 mln. manat təşkil edib. “Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 36,9% çoxdur.

“PAŞA Bank”ın aktivlərinin 29,2%-ni və yaxud 916,477 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2016-cı ildə Bankın kredit portfeli 24,4% böyüyüb.

Bankın vaxtı keçmiş kreditləri 1,18% azalaraq 84,141 mln. manata, problemli kreditlərin ümumi kredit portfelində payı isə 11,42%-dən 9,07%-ə düşüb.

Ötən il “PAŞA Bank”ın cəmi öhdəlikləri 47,1% artaraq 2 736,408 mln. manata, o cümlədən depozit portfeli 77,11% artaraq 2 340,567 mln. manata, Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 7,67 dəfə artaraq 23 mln. manata çatıb.

2016-cı ildə kredit təşkilatının cəmi kapitalı isə 6,97% azalaraq 402,364 mln. manat olub.

Hesabat dövründə “PAŞA Bank”ın faiz gəlirləri 114,753 mln. manat (2015-ci ilə nisbətən 14,43% artım), faiz xərcləri 38,7 mln. manat (59,03% artım), qeyri-faiz gəlirləri 76,744 mln. manat (90,39% artım), qeyri-faiz xərcləri isə 53,299 mln. manat (18,08% artım) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 99,498 mln. manat olıub. Bu, 2015-ci illə müqayisədə 39,91% çoxdur.

Ötən il “PAŞA Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına əvvəlki illə müqayisədə 57,76% az - 22,036 mln. manat vəsait ayırıb, həmçinin 16,511 mln. manat mənfəət vergisi (2015-ci ilə nisbətən 3,62 dəfə çox) vergi ödəyib. Beləliklə, Bank 2016-cı ili 60,952 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 4,24 dəfə çoxdur.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 33,3 min manat olan 10 min səhm əsasında formalaşıb. Səhmlərin 60%-i "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi