“Paşa Bank Gürcüstan”a yeni Baş direktor təyin olunub

“Paşa Bank Gürcüstan”a yeni Baş direktor təyin olunub O, 2015-2016-cı illərdə “Paşa Bank”ın Müşahidə Şurasında da təmsil olunub
Maliyyə
183
3 May , 2021 12:01
“Paşa Bank Gürcüstan”a yeni Baş direktor təyin olunub

“Paşa Bank” ASC-nin Gürcüstan törəməsinin Baş direktoru vəzifəsinə yeni təyinat olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu vəzifəyə Gürcüstan və Azərbaycanın bank sektorunda uzun illər fəaliyyət göstərən Nikoloz Şurqaya təyinat alıb.

O, 2015-2016-cı illərdə “Paşa Bank”ın Müşahidə Şurasında da təmsil olunub.

N.Şurqaya təyinatdan öncə Azərbaycanda “Yelo Bank”a rəhbərlik edib.

2020-ci ilin dekabrın 30-na olan məlumata əsasən, “Paşa Bank Gürcüstan”ın aktivləri 470 milyon lari təşkil edir. Bank ötən ili 23,2 milyon lari həcmində zərərlə başa vurub.

Son xəbərlər

Orphus sistemi