Bakı. 17 aprel. REPORT.AZ/ "PAŞA Bank" ASC filialsız banka çevrilmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Bakıda keçirilən "I MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı"da bildirib.
"Alternativ rəqəmsal əməliyyatlar hesabına müştərilərlə aparılan əməliyyatların ümumi əməliyyatlarda 90% paya malik olmasını istəyirik. Müştəri ilə münasibətlərdə rəqəmsallaşmanın xüsusi önəmi var", - deyə o, qeyd edib.