​"PAŞA Bank" birinci rübü zərərlə başa vurub

​"PAŞA Bank" birinci rübü zərərlə başa vurub Bank ilk rübdə valyuta əməliyyatlarından 6 mln. manat zərərə düşüb
Maliyyə
7 May , 2015 13:37
​PAŞA Bank birinci rübü zərərlə başa vurub

Bakı. 7 may. REPORT.AZ/ "PAŞA Bank" ASC cari ilin birinci rübünü 9,3 mln. manat zərərlə başa vurub. Ötən ilin müvafiq dövründə Bankın mənfəəti 10,1 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, I rübdə Bankın gəlirləri 14,8 mln. manat, xərcləri 12,9 mln. manat olub. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 11,2 mln. manat ayrılıb.

Hesabat dövründə Bankın cəmi faiz gəlirləri 19,4 mln. manat, qeyri-faiz zərəri 4,7 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövründə faiz gəliri 14,3 mln. manat, qeyri-faiz gəlirləri 2,3 mln. manat olub.

Birinci rübdə Bankın faiz xərcləri 3,0 mln. manat, qeyri-faiz xərcləri 9,9 mln. manata çatıb. Bu da öz növbəsində əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,67% və 42,41% çoxdur.

Hesabata əsasən, "PAŞA Bank" ilk rübdə məzənnə dəyişməsi də daxil olmaqla, valyuta əməliyyatlarından 5,9 mln. manat zərərə düşüb. Qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 1,2 mln. manat gəlir təşkil edib.

Son xəbərlər

Orphus sistemi