Bəhruz Nağıyev: "Paşa Bank"ın kredit portfeli bu il 30%-dən çox artırılacaq"

Bəhruz Nağıyev: "Paşa Bank"ın kredit portfeli bu il 30%-dən çox artırılacaq" Ötən il Paşa Bank ASC-nin kredit portfeli 300 mln. manat artırılıb. Bu il isə bank bu rəqəmi daha 400 mln. manat artırmağı planlaşdırır.
Maliyyə
4 Aprel , 2019 13:58
Bəhruz Nağıyev: Paşa Bankın  kredit portfeli bu il 30%-dən çox artırılacaq

Ötən il "Paşa Bank" ASC-nin kredit portfeli 300 mln. manat artırılıb. Bu il isə  bank bu rəqəmi daha 400 mln. manat artırmağı planlaşdırır. 

“Report” xəbər verir ki, bunu "Fich" Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında "Paşa Bank" ASC-nin İdarə Heyətinin Üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev deyib.

B Nağıyevin sözlərinə görə, bununla da bankın kredit portfeli 1,8 mlrd. manata çatacaq. Bankın kredit portfeli 2019-ci il yanvarın 1-nə 1 320 893 min manat təşkil edib.

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-3 özəl bankları siyahısına daxildir.  2019-ci il yanvarın 1-nə olan göstəricilərə görə bankın kapitalı 418 148 min manat, aktivlərinin səviyyəsinə görə isə 4 695 milyon manatdan çox olmuşdur.

PAŞA Bankın baş ofisi Bakıda yerləşir, paytaxtda və ölkənin bölgələrində isə 7 biznes-mərkəzi fəaliyyət göstərir. 2013-cü ildən etibarən biz Gürcüstanda təmsil olunur, 2014-cü ildən – Türkiyədə. Törəmə bankları vasitəsilə regional şəbəkə yaradaraq PAŞA Bank beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaradıb. Bununla Bank bölgənin üç ölkəsində işgüzar prosesləri birləşdirəcək "Bakı-Tbilisi-İstanbul" fəal ticarət üçbucağı yaratmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi