Parlament ezamiyyə üçün büdcədən əlavə vəsait istəyib

Parlament ezamiyyə üçün büdcədən əlavə vəsait istəyib 2017-ci ildə ezamiyyə xərcləri üçün büdcədə 1,11 mln. manat nəzərədə tutulub ki, bu da 2016-cı illə eynidir
Maliyyə
8 Dekabr , 2016 14:12
Parlament ezamiyyə üçün büdcədən əlavə vəsait istəyib

Bakı. 8 dekabr. REPORT.AZ/ Gələn ildə Milli Məclis və Aparatının saxlanması üçün dövlət büdcəsinin layihəsində 23 089 714 manat nəzərdə tutulub ki, bu da 2016-cı ildən 394 784 manat və ya 1,74% çoxdur.

"Report"un verdiyi xəbərə görə, bunu Milli Məclisin işlər müdiri Firudun Hacıyev parlamentin bugünkü plenar iclasında Milli Məclisin xərclər smetasını təqdim edərkən deyib. Onun sözlərinə görə, ümumi dəyərin 74,5%-ni əmək haqqı fondu təşkil edir: "Xarici ölkələrdən gələn qonaqların, deputatların xarici səfərlərinin, daxili ezamiyyələrin sayı artıb. 2017-ci ildə ezamiyyə xərcləri üçün 1,11 mln. manat nəzərədə tutulub ki, bu da keçən illə eynidir".

F.Hacıyev ezamiyyə xərclərinin artırılmasını təklif edib. 

Spiker Oqtay Əsədov Milli Məclis üçün vəsaitlərə yenidən baxılması zərurətinə diqqət çəkib: "Baş nazirə, maliyyə nazirinə də demişəm, ezamiyyə xərcləri qaydaya salınmalıdır. Çünki beynəlxalq təşkilatlarda parlament nümayəndələri iştirak etməsə, bu məsələlərdə axsaqlıq olar".

Son xəbərlər

Orphus sistemi