Bakı. 29 mart. REPORT.AZ/ Aprelin 30-da, saat 11:00-da “Para” ASC bank olnayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq BOKT-un Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 ünvanında yerləşən inzibati binasının konfrans zalında olacaq.
Yığıncağın gündəliyinə kredit təşkilatının nizamnamə kapitalına yenidən baxılması və digər məsələlər daxildir.
Xatırladaq ki, hazırda “Para”nın nizamnamə kapitalı 38,87 mln. manatdır.