Pandemiyanın uzunmüddətli iqtisadi fəsadları daha zəif olacaq

Pandemiyanın uzunmüddətli iqtisadi fəsadları daha zəif olacaq Hazırkı koronavirus pandemiyası dünyanı əsaslı şəkildə dəyişməsə də, daha əvvəl başlamış müəyyən meyllərin güclənməsi üçün təkan oldu.
Maliyyə
264
22 Dekabr , 2020 14:02
Pandemiyanın uzunmüddətli iqtisadi fəsadları daha zəif olacaq

Hazırkı koronavirus pandemiyası dünyanı əsaslı şəkildə dəyişməsə də, daha əvvəl başlamış müəyyən meyllərin güclənməsi üçün təkan oldu.

“Report” xəbər verir ki, bu barədə “Credit Suisse Research İnstitute” beynəlxalq maliyyə təsisatının “Sonra nə olacaq? COVID-19-un uzunmüddətli nəticələri” adlı hesabatında bildirilir.

Hesabatda pandemiya ilə yanaşı, iqtisadiyyat, siyasət, sosial sahələrdə önə çıxacaq davamlı meyllər göstərilir.

Belə ki, dünya üzrə iqtisadi fəaliyyətlərdə görülən misilsiz tənəzzülə baxmayaraq, pandemiyanın uzunmüddətli iqtisadi fəsadlarının çox güman ki, keçmişdəki pandemiyalara nisbətən daha zəif olacağı qeyd olunur. Bu qənaətin səbəbləri əsasən gənclər və orta yaş nümayəndələri arasında ölümlərin daha az olması, habelə təbabətdəki inkişaf nəticəsində yaxın vaxtlarda kütləvi peyvənd işlərinin yüksək ehtimalıdır.

Pandemiyadan sonrakı dünyada ləng iqtisadi artım və cüzi inflyasiya müşahidə olunacağını ehtimal edən hesabat müəlliflərinə görə, ayrı-ayrı ölkələrin başqalarından, əsasən də Çindən asılılıq səviyyəsini mümkün qədər azaltmağa çalışacaqlar. Bu meylin nəticəsində istehsalatın ilkin ölkələrə qayıtması, tədarük zəncirlərinin şaxələndirilməsi baş verəcək. Çin isə buna qarşı Yaxın Şərq və Latın Amerikasına yayılma proqramlarının bir çoxuna xitam verərək bütün diqqət və səylərini qonşuluqdakı ASEAN ölkələri istiqamətinə yönəldəcək.

Digər məsələlərlə yanaşı pandemiya məsafəli iş fəaliyyətlərinin görünməmiş vüsət almasına gətirib çıxardı. Belə ki, sənəd müəlliflərinə görə, bunun nəticələrindən biri də insanların böyük şəhərlərə, meqapolislərə daha az meyl edəcəyi, eyni zamanda kiçik şəhərlərin bir növ intibah dövrünə qədəm qoyacağı ola bilər.

Son xəbərlər

Orphus sistemi