COVID-19 ilə mübarizə və əhaliyə dəstək üçün 13 trilyondan çox dollar xərclənib

COVID-19 ilə mübarizə və əhaliyə dəstək üçün 13 trilyondan çox dollar xərclənib “Nikkei”: İqtisadiyyatı stimullaşdırmaq üçün getdikcə daha çox proqramın qəbul edilməsi dünyanın aparıcı ölkələrində dövlət borcunun şişməsinə səbəb olur.
Maliyyə
890
23 Dekabr , 2020 12:18
COVID-19 ilə mübarizə və əhaliyə dəstək üçün 13 trilyondan çox dollar xərclənib

Dünyada COVID-19 pandemiyasına qarşı mübarizə, bununla əlaqədar yaranmış iqtisadi çətinliklərin aradan qaldırılması və əhaliyə göstərilən yardımların ümumi məbləği artıq 13 trilyon ABŞ dollarını keçib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti yazıb.

Məlumata görə, bu məbləğə ABŞ Konqresində yenicə razılaşdırılmış, təxminən 900 milyard ABŞ dolları dəyərində olan pandemiya şəraitində iqtisadiyyatı stimullaşdırmaq üzrə tədbirlər paketi də daxildir.

“Nikkei” qeyd edir ki, iqtisadiyyatı stimullaşdırmaq üçün getdikcə daha çox proqramın qəbul edilməsi dünyanın aparıcı ölkələrində dövlət borcunun şişməsinə səbəb olur. Ekspertlərin hesablamalarına görə, 2021-ci ildə bu, ümumi ÜDM-in 125%-ni təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi