Palata: Bəzən müşahidə kameralarındakı görüntülərlə “Forma 4” arayışında yazılanlar fərqlənir

Palata: Bəzən müşahidə kameralarındakı görüntülərlə “Forma 4” arayışında yazılanlar fərqlənir “Bəzən baş vermiş sığorta hadisəsi ilə bağlı müşahidə kamerasındakı görüntülərlə Forma 4 arayışındakı yazılanlar fərqlənir”.
Maliyyə
24 İyun , 2019 16:53
Palata: Bəzən müşahidə kameralarındakı görüntülərlə “Forma 4” arayışında yazılanlar fərqlənir

“Bəzən baş vermiş sığorta hadisəsi ilə bağlı müşahidə kamerasındakı görüntülərlə "Forma 4" arayışındakı yazılanlar fərqlənir”.

"Report" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Sığorta fəaliyyətinə nəzarət departamentinin nümayəndəsi Firdovsi Ağaşirinov bildirib.

Onun sözlərinə görə, bu halda Palata “Forma 4”ə istinad etməklə sığorta şirkətlərinə göstəriş verir.

“Bu isə haqsızlıq kim qəbul olunur. Sığorta şirkətləri hüquq-mühafizə orqanlarına müraciət edirlər", - o qeyd edib.

F.Ağaşirinovun sözlərinə görə, əgər dələduzluq halı mövcuddursa, Palata da bu məsələnin hüquq-mühafizə orqanlarının köməyi ilə, yaxud məhkəmə yolu ilə həll olunmasını tövsiyə edir. 

Son xəbərlər

Orphus sistemi