Bakı. 21 may. REPORT.AZ/ Baku Shopping Festival" ilə bağlı bu günə qədər banklardan Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət edən olmayıb.
"Report" xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir.
"Müraciətlər yalnız əlavə dəyər vergisinin geri alınması ilə bağlıdır ki, bu suallar da qaynar xətt vasitəsi ilə dərhal cavablandırılıb", - deyə qurum bəyan edib.
Xatırladaq ki, festivalla əlaqədar Azərbaycanın 23 bankının 48-dən çox filial və şöbəsi mayın 1-dən gücləndirilmiş iş rejimində çalışır. Mayın 31-nə qədər davam edəcək festival müddətində vətəndaşların və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla xidmət göstərir. Eyni zamanda, festival ilə əlaqədar müəyyən olunmuş 10 müvəkkil bankın (
Festival çərçivəsində bankların fəaliyyətinə aid yarana biləcək hər hansı sualla bağlı ölkə vətəndaşları və turistlər Palataya müraciət edə bilərlər: Koordinator Vüsal Həsənovdur.
E-poçt:
Telefon: (012) 493 50-58 (daxili 429), (055) 294 00-05;