Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda istehlak kreditləri üzrə dollarlaşma səviyyəsi kəskin azalaraq 10-11%-ə düşüb.
"Report" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.
O, həmçinin deyib ki, təmsil etdiyi qurum fəaliyyət göstərdiyi 3 ildən artıq müddətdə bank sektorunda aktivlərin keyfiyyətini qiymətləndirib, real vəziyyətə uyğun lazımi addımlar atıb.