Pakistan Milli Bankının Bakı filialının zərəri 8% azalıb

Pakistan Milli Bankının Bakı filialının zərəri 8% azalıb Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısını 233 min manat zərərlə başa vurub.
Maliyyə
142
28 İyul , 2020 10:32
Pakistan Milli Bankının Bakı filialının zərəri 8% azalıb

Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısını 233 min manat zərərlə başa vurub.

“Report” filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,5% azdır.

Yanvar-iyun aylarında Pakistan bankının gəlirləri 169 min manat (illik müqayisədə 9,1% az), xərcləri 404 min manat (5,6% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib.

Bu il iyulun 1-nə Pakistan bankının aktivləri 10,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,2% çoxdur. Bunun 644 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 15,8% kiçilib.

Hesabat dövründə Pakistan bankının öhdəlikləri 3,2 dəfə artaraq 1,3 milyon manata, o cümlədən depozit portfeli 3,3 dəfə artaraq 1,2 milyon manata çatıb, balans kapitalı isə 3,8% azalaraq 9,5 milyon manata düşüb.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,4 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi