Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısını zərərlə başa vurub

Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısını zərərlə başa vurub Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri bu il iyulun 1-nə 10,294 milyon manat təşkil edib.
Maliyyə
24 İyul , 2019 16:57
Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısını zərərlə başa vurub

Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri bu il iyulun 1-nə 10,294 milyon manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 3,9% azdır.

Pakistan bankının aktivlərinin 765 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 36,3% kiçilib.

Hesabat dövründə Pakistan bankının cəmi öhdəlikləri 14,3% azalaraq 407 min manata, o cümlədən depozit portfeli 18,4% azalaraq 377 min manata, cəmi kapitalı isə 3,5% azalaraq 9,888 milyon manata düşüb.

Bu ilin yanvar-iyun aylarında Pakistan bankının gəlirləri 186 min manat (ötən ilin eyni dövrünə nisbətən 57,3% az), xərcləri 428 min manat (4,1% çox), xüsusi ehtiyatlara ayırmaları isə 11 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Son nəticədə Bakı filialı I yarımili 252 min manat zərərlə başa vurub. Halbuki maliyyə qurumu ötən ilin eyni dövründən 31 min manat mənfəətlə çıxmışdı.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi