Vergilər Nazirliyi: Özəl tibb müəssisələri işçilərinin maaşını dəfələrlə az göstərir

Vergilər Nazirliyi: Özəl tibb müəssisələri işçilərinin maaşını dəfələrlə az göstərir
Maliyyə
10 Oktyabr , 2019 17:51
Vergilər Nazirliyi: Özəl tibb müəssisələri işçilərinin maaşını dəfələrlə az göstərir
Vergilər Nazirliyi / Report

Azərbaycanın özəl tibb müəssisələrində qeyri-rəsmi əməkhaqqıları geniş tətbiq olunur.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin iyun ayında özəl klinikalarda 1 işçiyə ödənilən orta aylıq əməkhaqqının rəsmi məbləği 349 manat olub. Reallıqda isə tibb işçiləri dəfələrlə yüksək maaş alırlar. Bu məbləğ bir sıra hallarda on minlərlə manatla ölçülür.

“Göründüyü kimi, uçot intizamının aşağı olması səbəbindən tibb sahəsində vergidən yayınma riskləri yüksəkdir. Təqdim olunan tibbi xidmətlərin dəyərinin böyük hissəsini həkimlərə ödənilən qeyri-rəsmi əmək haqqı təşkil edir. Buna görə də tibb müəssisələri onların gəlirlərini formalaşdıran xidmətin dəyərindən vergilərin ödənilməsində maraqlı olmurlar. Bu isə o deməkdir ki, qanunvericiliyin pozulması halları təsadüfi deyil, bilərəkdən baş verir”, - deyə Nazirlik bəyan edib.