Özbəkistan uçot dərəcəsini 9%-dən 14%-ə qaldırıb

Özbəkistan uçot dərəcəsini 9%-dən 14%-ə qaldırıb Özbək somu ilin əvvəlindən 18% devalvasiya olub
Maliyyə
26 İyun , 2017 12:38
Özbəkistan uçot dərəcəsini 9%-dən 14%-ə qaldırıb

Bakı. 26 iyun. REPORT.AZ/ Özbəkistan Mərkəzi Bankı iyunun 28-dən etibarən uçot dərəcəsini 9%-dən 14%-ə qaldırmaq barədə qərar qəbul edib. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, belə bir qərar alınmasına səbəb kimi ölkədə inflyasiyanın sürətlənməsi və artmağa davam edən inflyasiya risklərinə qarşı tədbirlərin alınması bildirilib.

Özbəkistan Mərkəzi Bankı həmçinin qeyd edib ki, uçot dərəcəsinin artırılması monetar amillərlə əlaqəlidir. Belə ki, iqtisadiyyatın kreditləşməsi templəri sürətlənib və milli valyuta ötən illə müqayisədə devalvasiyaya uğrayıb. Hazırkı faiz dərəcəsi isə kredit resurslarına spekulyativ tələbi artırıb.

Qeyd edək ki, ilin əvvəlindən özbək milli valyutası som dollarla müqayisədə 17,8% ucuzlaşıb. Nəticədə məzənnə 3 231,48 UZS/USD-dən iyunun 24-nə olan məlumata görə 3 930,91 UZS/USD-ə yüksəlib. 

Son xəbərlər

Orphus sistemi