Ötən il Rusiyadan 67,5 mlrd. dollar kapital çıxarılıb

Ötən il Rusiyadan 67,5 mlrd. dollar kapital çıxarılıb Bakı. 18 yanvar. REPORT.AZ/ 2018-ci ildə Rusiyanın tədiyyə balansında cari əməliyyatları üzrə qalıq rekord məbləğdə - 114,9 mlrd. ABŞ dolları olub.
Maliyyə
18 Yanvar , 2019 12:13
Ötən il Rusiyadan 67,5 mlrd. dollar kapital çıxarılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ 2018-ci ildə Rusiyanın tədiyyə balansında cari əməliyyatları üzrə qalıq rekord məbləğdə - 114,9 mlrd. ABŞ dolları olub.

“Report” bu barədə Rusiya Bankına (Mərkəzi Bank) istinadən xəbər verir. 

Kəskin artımda həlledici rolu xarici ticarət üzrə müsbət saldonun 2017-ci illə müqayisədə 1,7 dəfə artaraq 194,4 mlrd. dollara çatması oynayıb. 

Ötən il Rusiyada özəl sektorun qeyri-rezidentlərlə apardığı maliyyə əməliyyatları üzrə müsbət saldo 67,5 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,5 dəfədən çox artım deməkdir. 

Son xəbərlər

Orphus sistemi