Ötən il qlobal birjaların bazar dəyəri kəskin artıb

Ötən il qlobal birjaların bazar dəyəri kəskin artıb İnvestorların portfel bölgüsünə görə, ötən il qlobal birjaların dəyəri 2018-ci illə müqayisədə 17,493 trilyon ABŞ dolları və ya 23,5% artaraq 91,914 trilyon ABŞ dollara çatıb.
Maliyyə
17 Fevral , 2020 14:19
Ötən il qlobal birjaların bazar dəyəri kəskin artıb

İnvestorların portfel bölgüsünə görə, ötən il qlobal birjaların dəyəri 2018-ci illə müqayisədə 17,493 trilyon ABŞ dolları və ya 23,5% artaraq 91,914 trilyon ABŞ dollara çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Birjalar Federasiyasının (WFE) hesabatında məlumat verilib.

Məlumata görə, ötən il bazar dəyəri ən çox yüksələn birjalar əsasən Avropa, Afrika və Yaxın Şərq regionunda yerləşən birjalarda qeydə alınıb. Analoji birjaların dəyəri ötən il 2018-ci illə müqayisədə 31,3% və ya 16,319 trilyon ABŞ dolları artaraq 21,434 trilyon ABŞ dollara çatıb. Amerika regionunda yerləşən birjaların bazar dəyəri isə illik müqayisədə 21,7% və ya 7,417 trilyon ABŞ dolları artaraq 41,623 trilyon ABŞ dollaradək yüksəlib.

Qeyd edək ki, hesabat dövründə bazar dəyərini ən çox yüksəldən birja Səudiyyə Ərəbistanının “Tədavül” birjası olub. O dəyərini illik müqayisədə 384,9% və ya 1,910 trilyon ABŞ dolları artıraraq 2,406 trilyon ABŞ dollara çatıb. Beləliklə, “Tədavül” birjası bazar dəyərini ötən il 5 dəfəyə yaxın artırıb.

Qlobal birjalar içində ən yüksək bazar dəyəri olan “New York Birjası” ötən ildə yerini qoruyub. 2019-cu ildə “New York Birjası” dəyərini 16,5% və ya 4,281 trilyon ABŞ dolları artıraraq 24,960 trilyon ABŞ dollaradək yüksəlib.

Son xəbərlər

Orphus sistemi