Ötən il Hökumət Ödəniş Portalı ilə 4,1 mlrd manatlıq əməliyyat aparılıb

Ötən il Hökumət Ödəniş Portalı ilə 4,1 mlrd manatlıq əməliyyat aparılıb Ötən il Hökumət Ödəniş Portalında (HÖP) 58 %-i nağdsız olmaqla 4,1 milyard manat dəyərində 59,9 milyon ədəd ödəniş tranzaksiyası emal olunub.
Maliyyə
21 Fevral , 2022 17:26
Ötən il Hökumət Ödəniş Portalı ilə 4,1 mlrd manatlıq əməliyyat aparılıb

Ötən il Hökumət Ödəniş Portalında (HÖP) 58 %-i nağdsız olmaqla 4,1 milyard manat dəyərində 59,9 milyon ədəd ödəniş tranzaksiyası emal olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə İllik İcmalda bildirilir.

Azərbaycanda dövlət büdcəsinə və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanması üçün yaradılmış HÖP-ə indiyə qədər 11 mərkəzi icra hakimiyyəti orqanı, 3 Dövlət Agentliyi, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 116 məhkəmə orqanı, 19 sığorta şirkəti, 1 438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunub.

Sənəddə həmçinin deyilir ki, hazırda həmin qurumlar üzrə 1 100-dən çox xidmət üzrə ödənişlər toplanılır. Bu xidmətlər üzrə ödənişlər 26 bank, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 2 500-dən çox filial və şöbələrində, 4 000-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparılır.

Son xəbərlər

Orphus sistemi