Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan investisiyanın 41 faizi Azərbaycanın payına düşüb

Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan investisiyanın 41 faizi Azərbaycanın payına düşüb Azərbaycan bu il də Gürcüstan iqtisadiyyatına ciddi investisiya yatırtmaq niyyətindədir
Maliyyə
5 May , 2016 16:38
Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan investisiyanın 41 faizi Azərbaycanın payına düşüb

Tbilisi. 5 may. REPORT.AZ/ Tbilisidə “Gürcüstanda fəaliyyət göstərən Avropa şirkətləri - ticarət və investisiya imkanları” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə bu ölkədə fəaliyyət göstərən xarici şirkətlərin ticarət və investisiya imkanları barədə danışılıb, ölkənin iqtisadiyyatına yatırılan investisiyalar, xarici iş adamlarına yaradılan şərait, iqtisadi sahədə əməkdaşlıq və s. məsələlər müzakirə olunub.

Tədbir iştirakçıları qeyd edib ki, Avropa İttifaqına üzv olan, eləcə də bir sıra digər ölkələr Gürcüstanda irihəcmli yatırımlar etməklə bu ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Qeyd olunub ki, Azərbaycan hər il, xüsusilə də 2012-ci ildən bu yana Gürcüstana sərmayə qoyan ölkələr sırasında ilk yerlərdən birini tutur. Azərbaycan ötən il Gürcüstana ən çox investisiya yatıran ölkə olub və bu tendensiya davam edir. 2015-ci ildə Gürcüstan iqtisadiyyatına ümumilikdə 1,4 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun da 542 milyon dolları, başqa sözlə, 41 faizi Azərbaycanın payına düşüb. Qonşu ölkədə yatırımlar edən bir sıra Azərbaycan şirkətləri var ki, bunların arasında SOCAR ilk yerdə qərarlaşıb. "SOCAR Georgia" ötən il bu ölkədə 2,2 milyard ABŞ dolları həcmində investisiya qoyuluşu edib. Artıq bir neçə ildir ki, bu şirkət Gürcüstan büdcəsinə ən çox xeyir verən vergi ödəyicisi kimi də qeydə alınır. Təkcə 2015-ci ildə "SOCAR Georgia" dövlətə 45 milyon dollar vergi ödənişi edib. "SOCAR Georgia" bu il də Gürcüstan iqtisadiyyatına ciddi investisiya yatırtmaq niyyətindədir.

Azərbaycan şirkətləri əsasən Gürcüstanda maliyyə, energetika, otel biznesi, nəqliyyat və tikinti sektorunda iştirak edirlər.

Gürcüstandakı Avropa ölkələrinin iri biznes strukturlarının, şirkətlərinin, diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı Gürcüstandakı səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Anar Osmanov təmsil edib.

Son xəbərlər

Orphus sistemi