Ötən il “Azexport.az” portalına ixrac sifarişləri 8% artıb

Ötən il “Azexport.az” portalına ixrac sifarişləri 8% artıb Bakı. 1 fevral. REPORT.AZ/ 2018-ci ildə “Azexport.az” portalına 514 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Maliyyə
1 Fevral , 2019 11:37
Ötən il “Azexport.az” portalına ixrac sifarişləri 8% artıb

Bakı. 1 fevral. REPORT.AZ/ 2018-ci ildə “Azexport.az” portalına 514 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

“Report”un məlumatına görə, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar sayında qeyd olunub.

2017-ci illə müqayisədə 2018-ci ildə “Azexport.az” portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 8% artıb. Məlumata görə, 2018-ci ilin dekabr ayı ərzində isə “Azexport.az” portalına daxil olan sifarişlərin dəyəri 35,1 milyon ABŞ dolları təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 dekabr tarixinə kimi (24 ay ərzində) “Azexport.az” portalına dünyanın 115 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 989,1 milyon ABŞ dolları təşkil edib.

İcmalın yanvar sayında “Azexport.az” portalı vasitəsi ilə təqdim olunan Sərbəst Satış Sertifikatının Azərbaycan şirkətlərinin yeni bazarlara çıxış imkanlarını artırması barədə də geniş məlumat verilib.

Həmçinin “İxrac İcmalı”nda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirdikləri ixracın dəyəri isə 8 milyon ABŞ dolları olub.

İcmalın bu sayında Azərbaycandan Almaniyaya 200 ton orqanik fındıq ləpəsinin ixrac olunması ilə bağlı məlumatda əksini tapıb. Həmçinin “İxrac İcmalı”nın yanvar sayında Azərbaycan məhsulları “Beynəlxalq Yaşıl Həftə”də nümayiş olunması, Dubayda “Azərbaycan Ticarət Evi”nin açılması, 2019-cu ilin ilk ixrac missiyasının Çinə təşkil olunması və s. məsələlər barədə də məlumatlar verilib.

Son xəbərlər

Orphus sistemi