Azərbaycandan Qırğız Respublikasına ötən il qoyulan sərmayələrin miqdarı açıqlandı

Azərbaycandan Qırğız Respublikasına ötən il qoyulan sərmayələrin miqdarı açıqlandı Azərbaycandan 2019-cu ildə Qırğız Respublikasına qoyulan birbaşa sərmayələrin həcmi 778,1 min ABŞ dolları olub ki, bu da əvvəlki ilə nisbətən 21,6 faiz çoxdur.
Maliyyə
146
12 İyun , 2020 14:08
Azərbaycandan Qırğız Respublikasına ötən il qoyulan sərmayələrin miqdarı açıqlandı

Azərbaycandan 2019-cu ildə Qırğız Respublikasına qoyulan birbaşa sərmayələrin həcmi 778,1 min ABŞ dolları olub ki, bu da əvvəlki ilə nisbətən 21,6 faiz çoxdur.

“Report” bu ölkənin İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu ölkədən Azərbaycana qoyulan sərmayələrin həcmi isə 121,5 min ABŞ dolları olub.

Qırğız Respublikasında qeydiyyatdan keçən birgə müəssisələrin sayı 114 olub. Bunlar daha çox tikintidə, ticarətdə, gündəlik istehlak malları istehsalı sahəsində fəaliyyət göstərir. Hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 31,4 faiz artaraq 6,1 milyon ABŞ dollarına çatıb.

Ötən ildə Qırğız Respublikasından Azərbaycana ixracın həcmi 4 milyon ABŞ dolları (2018-ci ildə 1,9 milyon), idxalın həcmi 2,2 milyon ABŞ dolları (2018-ci ildə 2,8 milyon) olub.

Son xəbərlər

Orphus sistemi