Oreşkin: "Rusiya iqtisadiyyatı üçün neftin qiyməti risk olaraq qalır"

Oreşkin: "Rusiya iqtisadiyyatı üçün neftin qiyməti risk olaraq qalır" İndi Rusiya istisadiyyatı 40 dollar/barel qiymətinə dayanıqlı hala gəlib
Maliyyə
5 Oktyabr , 2017 11:51
Oreşkin: Rusiya iqtisadiyyatı üçün neftin qiyməti risk olaraq qalır
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin / Sputnik/ Grigory Sisoev

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Neftin qiymətində volatillik Rusiya iqtisadiyyatı üçün risk amili olaraq qalmaqda davam edir." 

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya-Səudiyyə Ərəbistanı investisiya forumunda verib.

"Hazırda xarici iqtisadi şərait nisbətən münbitdir. Rusiya və Səudiyyə Ərəbistanının da iştirak etdiyi neft hasilatının azaldılması barədə anlaşma vəziyyəti sabitləşdirməyə imkan yaradıb. Amma neft qiymətlərindəki volatillik əsas risk amili olaraq qalmaqda davam edir. Buna görə də biz, neft qiymətlərindəki volatilliyin iqtisadiyyatımıza təsirini azaltmaq üçün yeni metodları tətbiq etmişik", - M.Oreşkin çıxışında bildirib.

Maliyyə Nazirliyi daxili bazarda valyuta almağa davam edir. Bu durum neftin qiyməti 40 dollar/barelə düşənə qədər davam edə bilər. M.Oreşkin xatirladıb ki, indidən 40 dollar/barel həddində Rusiya büdcəsi və tədiyyə balansı dayanıqlı hala gəlib.

"Ortamüddətli perspektivdə Rusiya iqtisadiyyatının neftdən asılılığı azaldılacaq, insan kapitalı inkişaf etdirilərək iqtisadiyyat diversifikasiya olunacaq", - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi