Oreşkin: "Rusiya 40 dollar/barel qiymətilə daim yaşamağa hazırdır"

Oreşkin: "Rusiya 40 dollar/barel qiymətilə daim yaşamağa hazırdır" Nazir ilin sonuna qədər dolların 62-63 rubla qədər bahalaşacağını düşünür
Maliyyə
2 İyun , 2017 11:13
Oreşkin: Rusiya 40 dollar/barel qiymətilə daim yaşamağa hazırdır

Bakı. 2 iyun. REPORT.AZ/ "Rusiya neft qiymətinin 40 dollar/barel və daha aşağı səviyyəsi şəraitində daim yaşamağa hazırdır". "Report" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin "Bloomberg" telekanalına açıqlama verib.

M.Oreşkinin sözlərinə görə, iqtisadi perspektivlər 5-10 il əvvəl olduğu qədər neft qiymətlərindən asılı deyil: "Pul və vergi siyasəti neftin 40 dollar/barel qiymət proqnozuna uyğun hazırlanıb. Biz 40 dollar/barel və daha aşağı neft qiymətləri ilə yaşamağa hazırıq, bu, bizim üçün problem deyil".

Xatırladaq ki, Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda M.Oreşkin jurnalistlərə müsahibəsində ilin sonuna qədər dolların məzənnəsinin 62-63 RUB/USD səviyyəsində proqnozlaşdırdığını deyib.

Son xəbərlər

Orphus sistemi