Oktyabrda bankların AMB-də müxbir hesablarındakı vəsait artıb

Oktyabrda bankların AMB-də müxbir hesablarındakı vəsait artıb Bakı. 17 dekabr. REPORT.AZ/ 2018-ci il noyabrın 1-nə bankların Azərbaycan Mərkəzi Bankında (AMB) müxbir hesablarda saxladığı vəsaitin həcmi açıqlanıb.
Maliyyə
17 Dekabr , 2018 14:01
Oktyabrda bankların AMB-də müxbir hesablarındakı vəsait artıb

Bakı. 17 dekabr. REPORT.AZ/ 2018-ci il noyabrın 1-nə bankların Azərbaycan Mərkəzi Bankında (AMB) müxbir hesablarda saxladığı vəsaitin həcmi açıqlanıb.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, hesabat dövründə bankların AMB-dəki müxbir hesablarında 2 mlrd. 455,6 mln. manat olub. Bu, oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 47,1 mln. manat və ya 1,96% artıb.

Ümumiyyətlə ilin əvvəlindən bankların AMB-də müxbir hesabları 423,4 mln. manat və ya 20,83% artıb, son 1 ildə isə 141,7 mln. manat və ya 5,46% azalıb.

Qeyd edək ki, bu ilin əvvəlində bankların AMB-də müxbir hesabları 2 mlrd. 32,2 mln. manata bərabər olub.   

Son xəbərlər

Orphus sistemi